ALBEX VET suspension

admin

Tərkibi:
Albendazole (1 ml-də 30mq) + Oxyclosanide (1 ml-də 60mq)
Farmokoloji qrupu:
Antihelmint (qurdəleyhinə)
Nə üçündür:
ALBEX VET Preparat iri və xırda buynuzlu heyvanların mədə-bağırsaq və ağciyər qurdlarının yumurtalarına, sürfə və yetkin formalarına, qaraciyər qurdalarının yetkin formalarına qarşı müalicə və profilaktika məqsədi ilə işlədilir.
Dozalanması:
Preparat oral yolla verilir və aşağıdakı qayda üzrə dozalaşdırılır:
İribuynuzlu heyvanlara, camışlara hər 100 kq diri kütləsinə 30 ml preparat;
Qoyun ve keçilərə hər 20 kq diri kütləsinə 10 ml preparat hesabi ilə verilir.
Əks göstərişlər:
Artıq doza hərəkət pozğunluqlarına səbəb ola bilər. Başın əsməsi, əzələ titrəmələri, selikaxma baş verə bilər. Qoyunlarda diareya müşahidə edilə bilər.
Gözləmə vaxtı:
Ət üçün 28 sutka; Süd üçün 5 sutka.
Qablaşdırma forması:
Plastik qablarda 1000 ml miqdarında qablaşdırılır.

Digər preparatlar