Eritro Vet oral poroşok

admin

Tərkibi:
Erythromycin thiocyanate-2Oq, Colistin Sulphate- 8 q.
Farmokoloji qrupu:
Antibiotiklər
Nə üçündür:
Eritro Vet Preparatın tərkibindəki fəal təsiredici maddələrə həssas olan amillər tərəfindən törədilən xəstəliklərin müalicə və profilaktikası məqsədi ilə tətbiq edilir. Bunlara aşağıdakılar aiddir:                                                          KRX, Koriza, Mikoplazmozlar, Xlamidiozlar, Sinusitlər, Sakkulitlər, Sinovitlər, Salmonellyozlar, Pasterellyoz, Vibrion hepatitləri, Kolibasillyozlar, Enteritler, diareyalar və s. bu kimi xəstəliklər.
Dozalanması:
Müalicə məqsədi ilə quşlarda 625mq preparat 1 litr içməli suya qarışdırılaraq 3- 5 gün içirdilir. Dərmanlı su hər gün təzə və quşların içə biləcəyi miqdarda hazırlanır.
Əks göstərişlər:
Yumurtlayan toyuqlarda tətbiq edilmir. Turş mühitli qarışıqlarla birgə istifadə edilmir. Digər makrolid və linkomisinlərlə eyni zamanda tətbiq edilmir. B- laktamlarla antaqonist təsirlidir. Bir həftədən artıq ardıcıl istifadə edilmir.
Gözləmə vaxtı:
Ət üçün 28 sutka.
Qablaşdırma forması:
Plastik qablarda 100 qram.

Digər preparatlar