ALBEZOL Vet suspenziya

admin

Tərkibi:
Albendazol 100ml-də 20 qr
Farmokoloji qrupu:
Antihelmint (qurdəleyhinə)
Nə üçündür:
Albendazol Vet Preparat iri və xırda buynuzlu heyvanlarda, at, donuz, quş, it və pişiklərdə aşağıdakı parazitlərə qarşı müalicə və profilaktika məqsədilə tətbiq edilir: mədə-bağırsaq qurdları Bunostomum, Cooperia, Chabertia, Haemonchus, Nematodirus, Oesophagostomum, Ostertagia, Strongyloides və Trichostrongylus spp. Ağciyər qurdları – Dictiocaulus viviparus və D.filaria; lentvari qurdlar – Moniezia spp və qaraciyər Fasciola hepaticanın yaşlı formalarına qarşı.
Dozalanması:
Preparat oral yolla tətbiq edilir və aşağıdakı qayda üzrə dozalaşdırılır.
Quşlara, onların hər kq diri kütləsinə 0,05- 0,1 ml preparat hesabı ilə dozalaşdırılır.
Atlara, onların hər kq diri kütləsinə 0,025- 0,05 ml hesabı ilə dozalaşdırılır;
Donuzlara, onların hər kq diri kütləsinə 0,025- 0,05 ml hesabı ilə dozalaşdırılır;
Qaramala, qoyun və keçilərə, onların hər kq diri kütləsinə 0,05- 0,075 ml hesabı ilə dozalaşdırılır;
İtlərə, onların hər kq diri kütləsinə O,l25- 0,25 ml hesabı ilə dozalaşdırılır
Əks göstərişlər:
Boğaz heyvanlarda (ilk dövründə) teratogen və embriotoksiki təsirlidir. Boğazların ilk dövründə və doguşa 45 gün qalmış preparat tətbiq edilmir. Eyni yerə böyük heyvanlara 10, xırda heyvanlara 5 ml artıq preparat vurulmur. Sağlam heyvanlarda istifadə edilmir.
Gözləmə vaxtı: Donuzlar 7 , qaramal 14 , qoyun kçi və quşlarda 4 sutkadır
Qablaşdırma forması: Plasyik qablarda 100 ml

Digər preparatlar