Doksi Vet 10% oral məhlul

admin

Tərkibi:
Doksisiklin.
Farmokoloji qrupu:
Antibiotiklər
Nə üçündür:
Doksi VET Preparat quşlarda və donuzlarda qrammüsbət və qrammənfi mikroorqanizmlər (salmonelyoz, pasterellyoz və respirato xəstəliklər) və mikoplazmalar tərəfindən törədilən xəstəliklərin müalicə və profilaktikası məqsədi ilə tətbiq edilir.
Dozalanması:
Müalicə məqsəd ilə quşlarda 3,0 ml preparat 1 litr içməli suya qarışdırılaraq 3-5 gün içirdilir. Donuzlarda 0,25-0,5 ml preparat 1litr içməli suya qarışdırılaraq 3-5 gün içirdilir. Dərmanlı su hər gün təzə və quşların içə biləcəyi miqdarda hazırlanır.
Əks göstərişlər:
Yumurtlayan toyuqlarda preparat istifadə edilmir. Kalsiumun miqdarı yüksək olan yemlərlə istifadə edilmir.
Gözləmə vaxtı: Ət üçün 28 gün.
Qablaşdırma forması: Plastik qablarda 1000 ml.

Digər preparatlar