Alben Zanid Vet oral suspenziya

admin

Tərkibi:
Albendazol -3 qr, Oksiklozanid 6 qr
Farmokoloji qrupu:
Antihelmint (qurdəleyhinə)
Nə üçündür:
Alben Zanid Preparat quş, at, iri və xırda buynuzlu heyvanlarda, donuz, it və pişiklərdə filtrasiya, teneziya və trematod parazitlərinə qarşı müalicə və profilaktika məqsədilə tətbiq edilir.
Dozalanması:
Preparat, 8 saatlıq aclıq diyetasından sonra, oral yol ilə verilməklə istifadə edilir.
Dozalaşdırma aşağıdakı qaydalar üzrə istifadə edilir:
Quşlara, hər 1 kq diri kütləyə 0,05- 0,1 ml preparat hesabı ilə;
Atlara, her 1 kq diri kütləyə 0,025- 0,05 ml preparat hesabı ilə;
Donuzlara, hər 1 kq diri kütləyə 0,025- 0,05 ml preparat hesabı ilə;
İribuynuzlu heyvanlar, qoyun, keçilərə, hər 1 kq diri kütləyə 0,05- 0,075 ml preparat hesabı ilə dozalaşdırılır.
Əks göstərişlər:
Boğaz heyvanlarda (ilk dövründə) teratogen və embriotoksiki təsirlidir. Preparatın tərkib inqredientlərinə yüksək fərdi həssaslığı olan və böyrək çatışmazlığı olan, boğazlıq dövrünün son 3 aylaırnda və yeni doğmuş heyvanlarda preparatın tətbiqi əks göstərişdir. Preparat arıq, üzgün, mədə bağırsaq pozuntusu olan heyvanlarda tətbiq edilmir.
Gözləmə vaxtı: Ət üçün: Qaramal 14 gün, qoyun – keçi 4 gün, quşlar 4 gün
Qablaşdırma forması: 100, 500 və 1000 ml polimer butulka

Digər preparatlar