AMOXİ VET 15% inyeksiya üçün məhlul

admin

Tərkibi:
Amoxicillin 15% (1ml-də 150 mq)
Farmokoloji qrupu:
Antibiotiklər
Nə üçündür:
AMOXİ VET Preparat heyvanlarda Amoksisillinə həssas olan mikroorqanizmlər tərəfindən törədilən xəstəliklərin müalicəsi və ikincili infeksiyalara qarşı tətbiq edilir.
Dozalanması:
Müalicə məqsədilə qaramal, donuz, it və pişiklərə preparat hər 10 kq diri kütləsinə 1,0 mlhəsabı ilə dozalaşdırılaraq əzələdaxili və ya dərialtına vurulur. Zərurət olduğu halda göstərilən dozada preparat 48 saatdan sonra təkrar inyeksiya edilir. İstifadədən əvvəl preparat yaxşı çalxalanır.
Əks göstərişlər:
Penisillin qrupu antibiotiklərə allergiyası olan həyvanlarda preparat istifadə edilə bilməz.
Gözləmə vaxtı:
Preparat axırıncı dəfə verildiyi gündən: Ət 28 gün , Süd 3 gün
Qablaşdırma forması:
50-100 ml şüşə flakon

Digər preparatlar