AMOXİ VET 20% oral toz

admin

Tərkibi:
Amoxisillin (100 qr-da 20 qr)
Farmokoloji qrupu:
Antibiotiklər
Nə üçündür:
AMOXİ VET Preparatı donuz və quşlarda Amoksisilinə həssas olan mikroorqanizmlər tərəfindən törədilən mədə-bağırsaq, yuxarı tənəffüs yollarının və sidik-tənəsül orqanlarının bakterial infeksiyalarının müalicəsi və ikincili infeksiyalara qarşı tətbiq edilir.
Dozalanması:
Müalicə məqsədilə heyvanların hər kq diri kütləsinə 0,1- 0,15 q preparat, gündə 2 dəfə içməli suya qarışdırılaraq 5 gün içirdilir. Müalicə məqsədilə 0,3 q preparat 1 litr içməli suya qarışdırılaraq 3-5 gün içirdilir. Dərmanlı su hər gün təzə və quşların içə biləcəyi miqdarda hazırlanır.
Əks göstərişlər:
Yumurtlayan toyuqlarda tətbiq edilmir. Penisilinlərə davamlı olan qrammənfi bakteriyalara qarşı istifadə edilmir.
Gözləmə vaxtı:
Ət üçün 7 sutka.
Qablaşdırma forması:
Plastik qablarda 100 qr.

Digər preparatlar