Tərkibi:
Buparvakon (1 ml-də 50 mq)
Farmokoloji qrupu:
Antiprotozoal (parazitlər əleyhinə).
Nə üçündür:
BUPAKON VET Preparat qaramalın Theileria annulata, T.parva, T. Bovis, T’mutans ve T.sergentia tərəfindən törədilən teyleriozların bütün formalarının müalicəsində tətbiq edilir.
Dozalanması:
Preparat qaramala boyun nahiyyəsinə əzələdaxili, dərin inyeksiya edilməklə tətbiq edilir. Praktiki olaraq heyvanların hər 20 kq diri kütləsinə 1 ml preparat hesabı ilə dozalaşdırılaraq inyeksiya edilir, Əksər hallarda 1 dəfə vurmaq kifayət edir. Xəstəliyin ağır hallarında, 48 və ya 72 saatdan sonra təkrar inyeksiya edilə bilər. Eyni yerə 10ml-dən artıq dozada preparat vurmaq olmaz.
Əks göstərişlər:
Preparat venadaxili və darialtı inyeksiya edilmir. Digər preparatlarla bir yerdə istifadə edilmir. Boğaz heyvanlarda istifadə edilmir.
Gözləmə vaxtı: Ət üçün 42 gün.
Qablaşdırma forması: 50 ml tündrəngli şüşə flakon.