FENASAL VET toz

admin

Tərkibi:
Niklosamid (100qr-da 25q niklosamid)

Farmokoloji qrupu:
Antihelmint (qurdəleyhinə).
Nə üçündür:
FENASAL VET Preparat iri buynuzlu heyvanlarda (İBH), qoyun, keçi, it, pişik və ev quşlarında sestodlar tərəfindən törədilən invaziyaların, o cümlədən Tenialar, Moniezia, Dipylidium caninum tərəfindən törədilən invaziyaların müalicə və profilaktikası məqsədi ilə tətbiq edilir.
Dozalanması:
Qaramal və donuzlara, hər 50kq diri kütləsinə 10 q
Qoyun və keçilərə, hər 1Okq diri kütləsinə 3- 4 q
lt və pişiklərə,hər 15 kq diri kütləsinə 10 q
Ev quşlarına, hər kq diri kütləsinə 10 q preparat hesabı ilə dozalaşdırılır.
Əks göstərişlər:
Yüksək fərdi həssaslığı olan heyvanlarda, preparat tətbiq olunmur. Boğazlığın birinci 45 günü ərzində tətbiqi əks göstərişdir.İnfeksion xəstəliklərlə xəstə heyvanlarda və zəif üzgün heyvanlarda da tətbiqi
qadağandır.
Gözləmə vaxtı:
Gözləmə vaxtı tələb olunmur.
Qablaşdırma forması:
Plastik qablarda 1kq miqdarında qablaşdırılır.

Digər preparatlar