Tərkibi:
Levomizol HCL
Farmokoloji qrupu:
Antihelmint (qurd əleyhinə)
Nə üçündür:
LEVOXVET Preparat iri və xırdabuynuzlu heyvanlarda, keçilərdə, donuzlarda və quşlarda mədə – bağırsaq və ağciyər hematodlarının və Trichostrongulus, Cooperia, Ostertagia, Haemonchus, Nematodirus, Chabertia, Bunostomum Dictyocaulus spp və qaraciyərin Fassiola invaziyalarına qarşı müalicə və profilaktika məqsədi ilə istifadə edilir.
Dozalanması:
İribuynuzlu heyvanlar, qoyun, keçi və donuzlara hər kq diri kütləsinə 7.5mq levomizol hidroxlorid hesabı ilə dozalaşdırılaraq inyeksiya edilir. İt və pişiklərə hər kq diri kütlesinə 1Omq levomizol hidroxlorid hesabı ilə dozalaşdırılaraq inyeksiya edilir. Quşlara hər kq diri kütləsinə 25mq levomizol hidroxlorid hesabı ilə dozalaşdırılaraq inyeksiya edilir.
Əks göstərişlər:
Levomizol hidroxloridə qarşı yüksək fərdi həssas olan heyvanlarda tətbiqi əks göstərişdir. Körpə heyvanların yemləndirilməsi üçün süd verən heyvanlarda tətbiq edilmir.
Gözləmə vaxtı: İribuynuzlu heyvanlarda ət üçün 14 sutka , qoyun, keçi,donuz və quşlarda 28 sutka
Qablaşdırma forması: 50-100 ml şüşə flakon.