OKSİ VET 20% (50%) (100%) oral poroşok

admin

Tərkibi:
Oksitetrasiklin

Farmokoloji qrupu:
Antibiotiklər.
Nə üçündür:
Preparat donuzlarda, quşlarda oksitetrasiklinə həssas olan mikroorqanizmlər (Esherichia coli, Salmonella, Pasteurella, Mycoplasma) tərəfindən mədə-bağırsaq, tənəffüs yollarının və sidik-tənəsül orqanlarının infeksiyalarının müalicəsi məqsədi ilə tətbiq edilir.
Dozalanması:
OKSİ VET Preparat içməli suya qarışdırılmaqla tətbiq olunur. Dozalaşdırma aşağıdakı qayda üzrə aparılır: Donuzlara 100- 200 mg, quşlara 150- 250 mg preparat 1 litr içməli suya qarışdırılaraq onlara verilir. Müalicə 3- 5 gün davam etdirilir. Dərmanlı su hər gün təzə, heyvan və quşların içə biləcəyi miqdarda hazırlanmalıdır.
Əks göstərişlər:
Krant suyu ilə və xlorid ionları tərkibində olan sularda qarışdırılmaqla tətbiqi əks gostərişdir. Metal qablarda istifadə edilmir.
Gözləmə vaxtı: Ət üçün donuzlarda 7 sutka, quşlarda isə 5 sutka.
Qablaşdırma forması: 100 qramlıq plastik tara.

Digər preparatlar