OXYTETRASİKLİN tablet

admin

Tərkibi:
Oksitetrasiklin 1 tabletdə-250mg.
Farmokoloji qrupu:
Antibiotiklər
Nə üçündür:
OXYTETRASİKLİN Preparat Salmonella və E.coli tərəfindən törədilən dizenteriyadan, Pasteurella multocida tərəfindən törədilən donuz pnevmoniyası, pasterellyoz, inəklərdə hemoragik septisemiya, bundan başqa mikoplazma pnevmoniyası, necrosis, pyometrium, endometritis, theileriasis, actinomycosis, leptospirosis, xroniki tənəffüs xəstəliyindən və başqa xəstəliklərdən müalicə üçün istifadə olunur.
Dozalanması:
Oral yolla hər kq çəkiyə donuz və qoyun üçün 10-25 mq, İtlər üçün 15-50 mq, Toyuqlar üçün 25-50 mq gündəlik 2-3 dəfə olaraq 3-5 gün ərzində verilir.
Əks göstərişlər:
Kəskin qaraciyər və böyrək çatışmazlığı olan heyvanlarda, həmçinin hamilə, südverən və balaca heyvanlarda istifadə etmək olmaz. Yetkin gövşəyənlərə və atlara oral yolla vermek məsləhət görülmür. Uzun müddətli istifadəsi ikiqat infeksiyaya gətirib çıxarda bilər.
Gözləmə vaxtı: Ət üçün 2 sutka. Süd üçün 3 sutka.
Qablaşdırma forması: Blister.

Digər preparatlar