PİPERA VET tablet

admin

Tərkibi:
Piperazin fosfat (1 tabletdə 500mq)
Farmokoloji qrupu:
Antihelmint (qurdəleyhinə)
Nə üçündür:
PİPERA VET Preparat bütün növ heyvanlarda askaridozların o cümlədən atlarda Oxyurasis və Strongyliasis, buzov və quzularda Oesophagostomiasis, ev quşlarında Capillaria, it və pişiklərdə Toxocaralar kimi helmintlərə qarşı müalicə və profilaktika məqsədi ilə tətbiq edilir.
Dozalanması:
Ev quşlarına, hər kq diri kütləsinə 0,32 mq Piperazin fosfat hesabı ilə dozalaşdırılır və 2 gün verilir;
Atlarda, onların hər kq diri kütləsinə 110- 300 mq Piperazin fosfat hesabı ilə dozalaşdırılır, müalicə təkrar 3 həftədən sonra aparılır;
Donuzlara, onların hər kq diri kütləsinə 110- 200mq Piperazin fosfat hesabı ilə dozalaşdırılır;
Qoyun və keçilərə, onların hər kq diri kütləsinə 110- 200mq Piperazin fosfat hesabı ilə dozalaşdırılır;
Qaramal, onların hər kq diri kütləsinə 110- 300 mq Piperazin fosfat hesabı ile dozalaşdırılır;
Əks göstərişlər:
Yüksək fərdi həssaslığı olan heyvanlarda, preparat tətbiq olunmur. Yaşı 3 həftədən az olan küçüklərdə, infeksion xəstəliklərlə xəstə heyvanlarda və zəif üzgün heyvanlarda da tətbiqi qadağandır.

Gözləmə vaxtı: Ət, süd və yumurta üçün 2 sutka.
Qablaşdırma forması: Blister.

Digər preparatlar