TOLTRA VET 2.5% oral məhlul

admin

Tərkibi:

Toltrazuril (1000ml-də 25 qram)

Farmokoloji qrupu:
Antikoksdial (parazit əleyhinə)
Nə üçündür:
TOLTRA VET Preparat baytarlıqda inkişaf etməkdə olan quşların, hinduşkaların koksidiozlarına qarşı müalicə və profilaktika məqsədi ilə istifadə edilir.
Dozalanması:
Profilaktika məqsəd ilə, 1 ml preparat 1 litr içməli suya qarışdırılaraq 2 gün içirdilir. Müalicə məqsədi ilə, 1,5 ml preparat 1 litr içməli suya qarışdırılaraq 2 gün içirdilir. Qarışıq infeksiyalar zamanı, preparatın verilmesi 5 gün dayandırılır və sonra 2 gün ardıcıl verilir. Dərmanlı su hər gün təzə və quşların içə biləcəyi miqdarda hazırlanır.
Əks göstərişlər:
Dərmanlı su 48 saatdan artıq qaldıqda istifadə edilmir. Preparatın 1000 dəfədən çox həll olunması onun çöküntülü olmasına, təsirinin aşağı düşməsinə səbəb ola bilər. Eyni zamanda, yüksək konsentrasiyalı dərmanlı su quşlar tərəfindən içilməsinə təsir göstərə bilər.
Gözləmə vaxtı: Ət üçün 8 sutka.
Qablaşdırma forması: 100 ml plastik qablarda.

Digər preparatlar