Tərkibi:
Diminazin aseturat- 1,05q, Vitamin B1 -1Omq, Vitamin B12-1,5mq, Vitamin B2 -0,1mq, Vitamin B6 -6mq, Vitamin PP – 1Omq ve yardımçı maddə (Antipirin)- 2,36 qr-a qədər.
Farmokoloji qrupu:
Antihelmint (qurd əleyhinə),Antiprotozoal (ibtidailər əleyhinə)
Nə üçündür:
ZİKURA VET Preparat qaramal, dəvə, qoyun, keçi, və itlərdə babezioz, piroplazmoz və tripanosomozların profilaktikası və müalicəsi məqsədi ilə tətbiq edilir.
Dozalanması:
Preparat 7%-li inyeksiya şəklində əzələdaxili yeridilməklə tətbiq edilir. Preparat heyvanların hər kq diri kütləsinə 3,5 mq diminazin aseturat hesabı ilə dozalaşdırılır. Davamlı olan parazitlərə qarşı doza hər kq diri kütləyə 8 mq-a qədər artırıla bilər.
Əks göstərişlər:
Preparatla işləyərkən şəxsi gigiyena və təhlükəsizlik qaydalarına əməl edilməlidir. Şəxsi mühafizə vasitələrindən istifadə edilməlidir.Preparat təsadüfən dəriyə və gözün selikli qişasına düşərsə bol su ilə yaxşı yumaq lazımdır.
Gözləmə vaxtı: Ət üçün 21 sutka; Süd üçün 7 sutka.
Qablaşdırma forması: 2,36 qr həcmində 10 paket bir karton qutuya yığılır.