Tərkibi:
Benzilpenisillin benzatin- 200000 TV, benzilpenisillin natrium duzu – 200000 TV, benzilpenisillin procaine – 200000 TV
Farmokoloji qrupu:
Antibiotiklər
Nə üçündür:
BİCİLLİN 3 Preparat iri buynuzlu heyvanlarda (iBH), atlarda , qoyun, keçi, donuz, it, pişik və toyuqlarda pensillinlərə həssas olan mikroorqanizmlər tərəfindən xəstəliklərin o cümlədən pnevmoniyaların, metrit, endometrit,mastitlərin, otit, stomatit, rinit, absses, fleqmona, artrit, bursit, tendovaqinit, septisemiya sidik – tənəssül yolları infeksiyalarının, xora, yaraların və başqa travmatik xəstəliklərinin müalicəsində tətbiq edilir. Eləcə də, iri buynuzlu heyvanlarda emfizematoz karbunkul, donuzlarda qızıl yel xəstəliklərinə qarşı istifadə olunur
Dozalanması:
1 dəfə istifadə olunur Ehtiyac olsa 3-4 gündən sonra təkrarlana bilər.
Doza hər kq iribuynuzlu heyvan, At 10000- 20000 TV
Qoyun, Donuz, Dayça, Buzov 20000- 30000 TV
İt, Pişik 30000- 40000 TV
Quşlar 50000 TV
Əks göstərişlər:
Preparata yüksək fərdi həssaslığı olan heyvanlarda tətbiq edilmir.
Gözləmə vaxtı: Ət üçün 14 sutka. Süd üçün 7 sutka
Qablaşdırma forması: Şüşə flaskon