FARMAZIN VET 50%, 100% oral poroşok

admin

Tərkibi:
Tilozin tartarat (100 qramda 50.0 qr).
Farmokoloji qrupu:
Antibiotiklər
Nə üçündür:
FARMAZIN VET 50% Preparat yumurtalıq və ətlik istiqamətində yetişdirilən quşların tilozinə həssas olan mikroorqanizmlər tərəfindən törədilən xəstəliklərə qarşı tətbiq edilir. Eləcədə, preparat quşlarda xroniki respirator xəstəliklərin müalicə və profilaktikası məqsədi ilə istifadə edilir. O həm də quşların infeksion sinovit, sinusitlərin və bəzi digər xəstəliklərinin müalicəsi üçün effektlidir.
Dozalanması:
Müalicə məqsədi ilə quşlarda 50%-li 1.0 qr preparat (100%-li 0.5 qr) 1 litr içməli suya qarışdırılaraq 3- 5 gün içirdilir. Dərmanlı su hər gün təzə və quşların içə biləcəyi miqdarda hazırlanır.
Əks göstərişlər:
–Yumurtlayan toyuqlarda tətbiq edilmir. Digər makrolid və linkomisinlərlə eyni zamanda tətbiq edilmir. B- laktamlarla antaqonist təsirlidir. Dəriyə düşdükdə dermatit halları müşahidə edilə bilər.
Gözləmə vaxtı: Ət üçün 1 sutka.
Qablaşdırma forması: Plastik qablarda 100 qram.

Digər preparatlar