Tərkibi:
Oksitetrasiklin HCL
Farmokoloji qrupu:
Antibiotiklər
Nə üçündür:
OKSİ VET Preparat iri və xırdabuynuzlu heyvanlarda, keçilərdə, donuzlarda, quşlarda oksitetrasiklinə həssas olan mikroorqanizmlər tərəfindən törədilən mədə – bağırsaq və tənəffüs yolları infeksiyalarının və artritlərin müalicəsi məqsədi ilə tətbiq edilir. Quşlarda geniş spektrli tənəffüs və bağırsaq infeksiyalarının, o cümləden mürəkkəbləşmiş respirator xəstəliklərin, korriza, quş vəbası, infeksion sinovit, qeyri – spesifik enteritin müalicesi məqsədi ilə istifadə edilir.
Dozalanması:
Qaramal, qoyun, keçi və donuzlara her 10 kq diri kutləsinə 10-20 mq oksitetrasiklin hesabı ilə dozalaşdırılaraq inyeksiya edilir.
Əks göstərişlər:
Tetrasiklinlərə yüksək fərdi həssalıq və böyrək, qaraciyər çatışmazlığı olan heyvanlarda tətbiqi əks göstərişdir.
Gözləmə vaxtı:
Ət üçün 28 sutka.
Qablaşdırma forması:
50-100-250 ml şüşə flakon.