Tərkibi:
Vitamin A-6,0q, Vitamin D3-2,0 q, Vitamin E-4,0 q
Farmokoloji qrupu:
Vitaminlər
Nə üçündür:
Preparat heyvanlarda (A, D3, və E) vitaminlərə olan tələbatını ödəmək, heyvanlarda vitamin çatışmazlığını aradan qaldırmaq, körpə heyvanlarda raxit, yaşlılarda isə osteomalyasiya, eləcə də başqa xəstəliklərin müalicəsi zamanı yardımçı vasitə məqsədi ilə tətbiq edilir.
Dozalanması:
VİTA VET preparatı heyvanlarda içməli suya və ya yemlərə qarışdırmaqla tətbiq olunur.
Dozalaşdırma agağıdakı qayda üzrə aparılır:
Quşlarda hər birinə 0,8-1,5 ml preparat hesabı ilə dozalaşdırılır,
At və qaramalda hər bağa 15-50 ml preparat hesabı ilə dozalaşdırılır;
Qoyun və donuzlarda hər bağa 8-12 ml preparat hesabı ilə dozalaşdırılır;
İtlərdə hər başa 4-8 ml preparat hesabı ilə dozalaşdırılır.
Əks göstərişlər:
Preparatın istifadəsi zamanı yemler kalsiumla zənginləşdirilməlidir. Vitamin A artıq dozada tətbiq edilərsə toksiki təsir göstərə bilər.
Gözləmə vaxtı: Tələb olunmur (0 gün)
Qablaşdırma forması: 1 litr həcmində plastik butulka