PANA VET 22.2% poroşok

admin

Tərkibi:
Fenbendazol. (100 qramda 22.2qr)
Nə üçündür:
Pana Vet 22.2 %  iri və xırda buynuzlu heyvanlarda (İBH, XBH), keçilərdə hemonxoz, nematodiroz, xabertioz, bunostomoz, ezofaqostomoz, ostertagioz, trixostrongilyoz, kuperioz, trixosefalyoz, strongiloidoz, diktiokaulyoz, protostrongilyoz, mullerioz, moniezioz, tizaniezioz, avitellinoz və xasstilezeoz invaziyalarının müalicəsi məqsədi ilə tətbiq edilir. İtlərdə toksokaroz, toksaskaridoz, ankilostomoz, unsinarioz və trixosefalyozu müalicəsi məqsədi ilə istifadə edilir.
Dozalanması:
Preparat daxilə yem normasının yarısı ilə verilir. Qaramal hər kq diri kütləsinə 5 mq preparat hesabı ilə
Qoyun və keçilərə, hər kq diri kütləsinə 10 mq
İtlərə, onların hər kq diri kütlesinə 50 mq preparat hesabı ilə dozalaşdırılır.
Əks göstərişlər:
Yüksək fərdi həssaslığı olan heyvanlarda, preparat tətbiq olunmur. Yaşı 3 həftədən az olan küçüklərdə, infeksion xəstəliklərlə xəstə heyvanlarda və zəif üzgün heyvanlarda da tətbiqi qadağandır.
Gözləmə vaxtı:
Ət üçün 14 sutka.
Qablaşdırma forması:
Plastik qablarda 100-500 qr miqdarında qablaşdırılır.

Digər preparatlar