PENİCİL VET 1.0 qr

admin

Tərkibi:
Penisillin Natrium

Farmokoloji qrupu:
Antibiotiklər

Nə üçündür:

PENİCİL VET Preparat kənd təsərrüfatı heyvanlarında, xəzdərili heyvanlarda və itlərdə pasterelyozun, bronxopnevmoniyanın, sidik tənəsssül sistemi xəstəliklərinin, mastitlərin, nekrobakteriozun, streptokok septisemiyastntn, stafilokokkozun, aktinomikozun, emfizematozun karbunkulun, yaraların və doğuşdan sonrakı sepsisin və preparata həssas olan mikroorqanizmlər tərəfindən törədilən sair xəstəliklərin və ikincili infeksiyaların müalicəsi məqsədilə istifadə edilir.
Dozalanması:

Preparat hər 8 saatdan bir əzəzlədaxilinə yeridilməklə istifadə edilir.
Preparat heyvanın 1 kq diri kütləsinə təsir vahidi olmaqla, bu qaydayla istifadə edilir:
At, qaramal: 10-20 min TV;
Qoyun, donuz, buzov, dayça: 20-30 min TV;
İt, pişiklər: 30-40 min TV;
Quşlarda: 50 min TV;
Əks göstərişlər:
Penisillinə həssaslığı olan, böyrək və qaraciyər çatışmazlığı olan , laktasiya dövründə istifadəsi əks göstərişdir
Gözləmə vaxtı: Ət üçün 2 sutka. Süd üçün 2 sutka
Qablaşdırma forması: 1 qramlıq şüşə flakon

Digər preparatlar