SPEKTILO VET inyeksiya

admin

Tərkibi:

Tylosin tartrate- 50 mq, Spectinomycin HCI- 30 mq
Farmok oloji qrupu:

Antibiotiklər
Nə üçündür:

SPEKTILO VET Preparatı iri buynuzlu heyvanlarda (İBH), qoyun, keçi, donuz, it, pişik və toyuqlarda tylozin tartrat və Spektinomisin hidroxloridə həssas olan mikroorqanizmlər tərəfindən törədilən mədə-bağırsaq və tənəffüs yolu xəstəliklərin, o cümlədən: pnevmoniyaların, diareyaların, dizenteriyaların müalicəsində tətbiq edilir. Eləcədə, heyvanlarda Leptospiroz, quşlarda KRX (xroniki respirator xestelik), KXRX (kəskin xroniki respirator xəstəlik) xəstəliklərinə qaşır tətbiq edilir.
Dozalanması:

Preparat əzələdaxilinə gündə 1 dəfə inyeksiya edilməklə tətbiq edilir.
Müalicə 3- 5 gün davam etdirilir. Dozalaşdırma hər kq diri kütlə hesabı ilə aşağıdakı cədvəl üzrə istifadə edilir:
İribuynuzlu heyvanlarda – 10-12 kq diri kütlə hesabına 1.0 ml;
Qoyun, Keçi 7-8n kq diri kütlə hesabı ilə 1,0 ml;
İt, Pişik 3- 5 kq diri kütlə hesabı ilə 1,0 ml;
Quşlar (dərialtına) 3- 5 kq diri kütlə hesabı ilə 1,0 ml;
Əks göstərişlər:

Preparatın tərkib inqredientlərinə fərdi yüksək həssaslığı olan heyvanlarda tətbiq edilmir. Preparat atlarda tətbiq edilmir
Gözləmə vaxtı: Ət üçün İribuynuzlu heyvanlarda 21 sutka, qoyun keçilərdə 14 gün, quşlarda 7 gündür. Süd üçün 4 sutka
Qablaşdırma forması: Preparat şüşə flakonlarda qablaşdırılır

Digər preparatlar