Tərkibi:
Vitamin A-5 000 000 BV, Vitamin D3-2 q, Vitamin B1-1 q, Vitamin B2-2.5 q, Vitamin B6-1 q, Vitamin C-2 q, Vitamin E-4 q, Vitamin K3-250 mq.
Farmokoloji qrupu:
Vitaminlər.
Nə üçündür:
Super Vitamin Preparat heyvanlarda (A, D3, B1, B2, B6, K3, C və E) vitaminlərə olan tələbatını ödəmək, heyvanlarda vitamin çatışmazlığını aradan qaldırmaq, körpə heyvanlarda raxit, yaşlılarda isə osteomalyasiya, eləcə də başqa xəstəliklərin müalicəsi zamanı yardımçı vasitə məqsədi ilə tətbiq edilir.
Dozalanması:
Preparat heyvanlarda içməli suya və ya yemlərə qarışdırmaqla tətbiq olunur.
Dozalaşdırma aşağıdakı qayda üzrə aparılır: 1,0 kq preparat 1 ton içməli suya və ya yemə qarışdırılaraq istifadə edilir.
Əks göstərişlər:
Məsləhət görülən dozalarda əks göstərişi yoxdur. İt və pişiklərdə tətbiq edilmir
Gözləmə vaxtı: Tələb olunmur.(0 gün).
Qablaşdırma forması: 1 kiloqramlıq plastik tara.