Genta Vet 10%-li inyeksiya üçün məhlul

admin

Tərkibi:
Gentamicin sulfate 1ml-də 10 mq.
Farmokoloji qrupu:
Antibiotiklər.
Nə üçündür:
Genta Vet Preparat iri buynuzlu heyvanlar, qoyun, keçi, donuz, cücə, it və pişiklərdə gentamitsinə həssas olan mikroorqanizmlər tərəfindən törədilən mədə-bağırsaq, tənəffüs yollarının və sidik-tənəssül orqanlarının infeksiyalarının müalicəsi məqsədi ilə tətbiq edilir. Bunlardan:  sepsemiya, bronxit, pnevmoniya, bronxopnevmoniya, tonzillit, traxeit, entero-kolit, enterit, peritonit, nefrit, pielit, pielonefrit, artrit, poliartrit, mastit, metrit, salmonellyoz və sairə
Dozalanması:
Qaramal hər kq diri kütləsinə 0,2- 0,4 ml gündə 1 dəfə;
Qoyun, keçi hər kq diri kütləsinə 0,2- 0,4 ml gündə 1 dəfə;
Donuzlara, çoşkalara hər kq diri kütləsinə 0,5 ml gündə 1 dəfə tətbiq olunur.
Cücələrə 1 ml preparat 1 litr içməli suda həll olunur.
Əks göstərişlər:
Preparata yüksək fərdi həssaslıq və böyrək, qaraciyər çatışmazlığı olan heyvanlarda tətbiqi əks gostərişdir .
Gözləmə vaxtı: Ət üçün 40 sutka; Süd üçün 7 sutka
Qablaşdırma forması: 50-100 ml şüşə flakonlar.

Digər preparatlar